Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 13:54
O cəbhədə qəhrəmanlıq dastanı, nişanlı xanımı isə sevgi dastanı yazıb. Sosial şəbəkələrdə ürəkləri isidən bir nikah şəklinin izi ilə qazağa üz tutub, qazi leytenant abbas yusifovun evinə qonaq olduq.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 24 yaşlı leytenant Abbas Yusifovun döyüş yolu Tərtərdən başlayıb, Suqovuşanda davam edib. Talış kəndi uğrunda gedən döyüşlərdə isə minaya düşüb, sol ayağını itirib. Özü də deyir, ayağımın olmadığını hiss edəndə ən çox döyüşü davam etdirə bilməyəcəyimə heyfsiləndim, yoxsa bir ayaq nədi ki...
1-ci qarabağ müharibəsində hərbi ekspertlərdən biri efirdən qızlara səslənmişdi, "müharibə qurtarandan sonra ailə qurun, Vətənin qədrini bilən oğullar sizin sevginizin də qədrini biləcək" deyə. Günel də bu tövsiyəni dinləyib, Vətən müharibəsində ağayını itirən qəhrəman qazimiz leytenant Abbas Yusifovla əhd-peyman bağlayıb.
Vətənimizin qalibiyyət savaşı haqda hələ çox dastanlar yazılacaq, çox şərqilər oxunacaq. Amma ən gözəl sevgi dastanını, qəhrəmanlıq hekayəsini siz yazdınız əziz Günel və əziz Abbas. Həyatınızdakı yeni sevinclərə şahid olmaq diləyi ilə nikahınız mübarək!