Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yuventus” 20 yaşlı hücumçu alır

“Yuventus” 20 yaşlı hücumçu alır

Tarix: 9 Yanvar 2021 15:44

Fransanın "Nant" klubunun futbolçusu Abdulaye Dabo karyerasını "Yuventus"da davam etdirməyə yaxındır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İtaliya təmsilçisi gənc hücumçunun keçidi üçün qarşı tərəflə danışıqları davam etdirir.

Turinlilər 20 yaşlı vingeri gələcəyin ulduzu hesab edir və yaxın günlərdə onu heyətinə qatmağı planlaşdırır. "Qoca sinyora" Dabonu əvvəlcə mövsümün sonuna qədər icarəyə götürmək və yayda birdəfəlik transfer etmək niyyətindədir. Artıq yanvarın 11-də müqavilənin imzalanması gözlənilir.

Qeyd edək ki, "Nant"ın yetirməsi olan Abdulaye Dabo Fransanın aşağı yaş qrupu yığmalarının formasını geyinib.

Milli.Az


Etiketlər:  Yuventus 20 yaşlı hücumçu alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ