Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden Cənubi Qafqazı da ''meydana'' çevirəcək - Puşkov

Bayden Cənubi Qafqazı da ''meydana'' çevirəcək - Puşkov

Tarix: 9 Yanvar 2021 15:54

Baydenin prezidentliyi dönəmində ABŞ Çin və Rusiyaya müqavimət göstərmək niyyətindədir.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

Onun sözlərinə görə, ABŞ-ın yeni lideri Çini rəqib, Rusiyanı isə düşmən kimi qəbul edir:

"Hər şeydən öncə Çindir. ABŞ başa düşür ki, təkbaşına Çinlə bacarmayacaq. Məhz buradan Çinin, daha sonra Rusiyanın simasında avtoritar rejimlərə qarşı qlobal demokratiya koalisiyası yaranır. Rusiyaya qarşı belə koalisiya artıq NATO əsasında mövcuddur, amma antiçin alyansını ABŞ hələ yaratmalıdır. ABŞ Qərbin təsirini Asiya ölkələrinə də yaymağa cəhd edə bilər. Burada Mərkəzi Asiya, Cənubi Qafqaz, Şərqi Avropa ölkələri xüsusi əhəmiyyət kəsb edəcəklər. Bu regionlar bir-birinə müqavimət göstərən "liberal demokratik" və "avtoritar" dünya nizamı tipləri arasında rəqabət zonasına çevriləcək. Geosiyasi rəqabətin ideoligizasiyası soyuq müharibəyə xarakterikdir və yeni formada - demokratiya alyansı və diktatura alyansı arasında konfliktlə meydana çıxır".


Etiketlər:  Bayden Cənubi Qafqazı meydana çevirəcək Puşkov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ