Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 22:21
Yüngül və ya gizli halda (asimptomatik) koronavirus infeksiyası keçirənlərdə uzunmüddətli toxunulmazlıq yarandığı aşkarlanıb.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bu, İngiltərə alimlərinin (London Kraliça Mariya Universiteti) apardığı tədqiqat zamanı ortaya çıxıb.
Bu barədə "Science Immunology" jurnalında bildirilib. Tədqiqatçılar 2020-ci ilin martından bəri yüngül və ya asimptomatik COVID-19 infeksiyası keçirən 136 səhiyyə işçisindən alınan qan nümunələrində antitel və T- linfositlərinin mövcudluğunu analiz ediblər. Səhiyyə işçilərinin 89 faizinin infeksiyadan 16-18 həftə sonra virusu zərərsizləşdirən antikorlara sahib olduğu ortaya çıxıb. Onların əksəriyyətində virusun fərqli hissələrini hədəf alan T- hüceyrələrinin müşahidə olunduğu göstərilir.
Bəzi insanlarda T- linfositləri olub, lakin antikorları olmayıb, bəzilərində isə əksi aşkarlanıb. Bununla yanaşı, səhiyyə işçilərinin 66 faizi yüksək səviyyədə qoruyucu antikorlara sahib olub.
Qeyd olunub ki, T-hüceyrə reaksiyaları COVID-19-un klassik simptomları olan insanlarda daha çox özünü göstərməyə meyllidir. Asimptomatik infeksiya isə T-hüceyrə toxunulmazlığının zəifləməsi ilə nəticələnir.