Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2021 12:30
Braziliyada son sutka ərzində daha 62 290 nəfərin koronavirus infeksiyasına yoluxması, 1171 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 8 075 998 nəfər yoluxub. Bu müddət ərzində 202 631 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 7 144 011 xəstə müalicə olunaraq sağalıb.