Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Əliyev və Paşinyanın görüşü öncəsi müşavirə keçirdi

Putin Əliyev və Paşinyanın görüşü öncəsi müşavirə keçirdi

Tarix: 10 Yanvar 2021 19:12

Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə müşavirə keçirilib.

Bu barədə Kreml məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Vladimir Putin Qarabağ və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün müşavirə keçirib.

Müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Alexander Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak ediblər.


Etiketlər:  Putin Əliyev Paşinyanın görüşü öncəsi müşavirə keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ