Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlon Maskın sərvəti 200 milyard dolları ötüb

İlon Maskın sərvəti 200 milyard dolları ötüb

Tarix: 11 Yanvar 2021 10:39

“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Maskın var-dövləti 200 milyard dolları üstələyib. Bu barədə “Bloomberg Billionaires Index” (BBI) reytinqinin məlumatlarında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, ABŞ sahibkarının sərvəti 14,5 milyard dollar artıb.

 

Reytinqin ikinci pilləsində var-dövləti 1,09 milyard dollar artaraq ümumilikdə 186 milyard dollara çatan “Amazon” şirkətinin yaradıcısı və rəhbəri Ceff Bezos qərarlaşıb.

 

Üçüncü mövqedə sərvəti 225 milyon dollar artan və hazırda 134 milyard dollar dəyərində qiymətləndirilən “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts yer alıb.

 

Yanvarın əvvəlində “Tesla” səhmlərinin məzənnəsinin bahalaşması nəticəsində İ.Maskın var-dövlətinin 185 milyard dolları ötməsi məlum olub. Nəticədə o, dünyanın ən varlı insanı olmaqla son üç ildə bu ada layiq görülən “Amazon” şirkətinin yaradıcısı Ceff Bezosu geridə qoyub.

 

Nizam Nuriyev




Etiketlər:  İlon Maskın sərvəti milyard dolları ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ