Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantində işləyən kafenin işi dayandırıldı, 11 nəfər polis şöbəsinə aparıldı - VİDEO

Karantində işləyən kafenin işi dayandırıldı, 11 nəfər polis şöbəsinə aparıldı - VİDEO

Tarix: 11 Yanvar 2021 11:40

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayonun Giləzi qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal dayandırılıb, qanunvericiliyə uyğun kafenin icarədarı L.Hacıyeva, orada çalışan bir işçi və 9 nəfər müştəri saxlanılaraq Xızı RPŞ-nə polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Milli.Az


Etiketlər:  Karantində işləyən kafenin işi dayandırıldı nəfər polis şöbəsinə aparıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ