Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən yaşlı futbolçusu klubu ilə müqaviləsinin müddətini uzadıb

Dünyanın ən yaşlı futbolçusu klubu ilə müqaviləsinin müddətini uzadıb

Tarix: 11 Yanvar 2021 17:52

Yaponiya "Yokohama" komandasında çıxış edən dünyanın ən yaşlı futbolçusu Miura Kazuyoşi klubu ilə müqaviləsini yeniləyib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Yokohama" futbol klubu məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda dünyada ən yaşlı peşəkar futbolçu olan Miura Kazuyoşinin cari ildə 54 yaşı tamam olacaq. Müqavilə yanvarın 11-də yerli vaxtla saat 11:11-də imzalanıb. Bu, Miura Kazuyoşinin 11 nömrəli formada çıxış etməsi ilə əlaqədardır.

Xatırladaq ki, hücumçu "J-League" yaranandan - 1993-cü ildən həmin liqada çıxış edir. O, ötən mövsüm J1 divizionunda dörd oyun keçirərək yüksək divizionda ən yaşlı hücumçu rekordunu təzələyib - 53 il 9 ay 23 gün.

Hazırda azarkeşlər onun ən yaşlı qol vuran peşəkar futbolçu kimi özünə məxsus olan rekordu təzələyəcəyini səbirsizliklə gözləyirlər.

"Yokohama" futbol klubunun saytında dərc edilən bəyanatda Miura Kazuyoşi bildirib ki, koronovirus dövründə keçirilən oyunlar onda adi qarşılaşmalara nisbətən daha çox ruh yüksəkliyi yaradır.


Etiketlər:  Dünyanın yaşlı futbolçusu klubu ilə müqaviləsinin müddətini uzadıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ