Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin COVID-19-a qarşı ilk peyvəndinin yay aylarında istifadəyə verilməsi planlaşdırılır

Türkiyənin COVID-19-a qarşı ilk peyvəndinin yay aylarında istifadəyə verilməsi planlaşdırılır

Tarix: 11 Yanvar 2021 17:58

Konyanın Səlçuk Universiteti tərəfində hazırlanan Türkiyənin COVID-19-a qarşı ilk peyvəndinin yay aylarında istifadəyə verilməsi planlaşdırılır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 2020-ci ilin iyun aynda hazırlanmasına başlanılan peyvənd universitetin Tibb Fakültəsinin tibbi genetika bölməsinin əməkdaşları tərəfindən ölkənin Elmi və Texnoloji Tədqiqat Şurasının dəstəyi ilə aparılır. Hazırda peyvəndin üçüncü faza hazırlıq işləri davam edir.

Qeyd edək ki, Türkiyədə bundan əlavə Egey, Ərciyəs, Mehmet Ali Aydınlar, Ankara, Boğaziçi, Bezmialem Vəqf, Ortadoğu Texniki universitetləri, eləcə də İzmir Biotibb və Genom Mərkəzi və "Koçak Farma" şirkəti tərəfindən də COVID-19 peyvəndinin hazırlanması istiqamətində işlər aparılır.


Etiketlər:  Türkiyənin COVID qarşı peyvəndinin aylarında istifadəyə verilməsi planlaşdırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ