Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 18:10
"Yuventus"un hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu buna A seriyasının 17-ci turunda "Sassuolo" ilə görüşdə (3:1) nail olub.
Oyunda son nöqtəni qoyan 35 yaşlı forvard Avropanın "Top-5" liqasında son 15 mövsümün hər birində ən azı 15 qol vuran ilk futbolçu kimi tarixə düşüb. O, hazırda 15 topla A seriyasında bombardirlər yarışına başçılıq edir.
Xatırladaq ki, rəsmi oyunlarda vurduğu qol sayını 759-a çatdıran Ronaldo çexiyalı Jozef Biscana məxsus ən çox qol vurma rekorduna da şərik olub.