Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 12:48
Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:
Azərbaycanda Asiya İnkişaf Bankının (AİB) daha səmərəli iqtisadi siyasət üçün biliklərin artırılmasına texniki dəstək üzrə layihəsi start götürüb.
Trend bu barədə Banka istinadən məlumat verir.
Layihə çərçivəsində dövlət idarəçiliyinin və institusional potensialın inkişafı nəzərdə tutulur.
Layihə 380 min dollar mələğində dəyərləndirilir və AİB-in Texniki dəstək xüsusi fondu tərəfindən maliyyələşdirilir. Layihənin reallaşdırılması 2022-ci ilin sonunadək davam edəcək.