Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşada karantin rejimi ay sonunadək uzadıldı

Polşada karantin rejimi ay sonunadək uzadıldı

Tarix: 12 Yanvar 2021 12:52

Polşada koronavirusun qarşısını almaq üçün tətbiq edilən sərt karantin rejimi yanvarın 31-dək uzadılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Adam Nedzelski məlumat yayıb. Qeyd olunub ki, məhdudiyyətlərə baxmayaraq, ibtiadi sinif şagirdləri 18 yanvardan etibarən ənənəvi təhsil sisteminə keçəcəklər.

Alış-veriş mərkəzləri, otellər, restoranlar və mədəni, idman mərkəzləri fəaliyyət göstərməyəcək. Dini ibadətgahlar, marketlər bəzi məhdudiyyətlərlə işləyəcək. Həmçinin 5 nəfərdən çox insanın toplaşması qadağandır.

Qeyd edək ki, Polşada 220 min səhiyyə işçisinə peyvənd vurulub. Son sutkada 4 min 622 nəfər koronavirusa yoluxub.


Etiketlər:  Polşada karantin rejimi sonunadək uzadıldı


RƏYLƏR