Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2021-ci il Ermənistan üçün ''Böyük Depressiya''nın başlanğıcı olacaq

2021-ci il Ermənistan üçün ''Böyük Depressiya''nın başlanğıcı olacaq

Tarix: 12 Yanvar 2021 13:12

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya ilə Ermənistan arasında dövlətlərarası saziş çərçivəsində Moskva Yerevana 1,15 milyard məbləğində kredit ayıracaq.

Trend bu barədə Rusiya KİV-lərinə istinadən məlumat verir. Bu məbləğ 2020-ci ilin payızında Qarabağ müharibəsi dövründə Ermənistana silah tədarükü nəticəsində yaranmış borcun ödənilməsinə yönələcək.

Ermənistan eksperti Vahe Davtyanın sözlərinə görə, son iki il ərzində Ermənistanın dövlət borcu 8 milyard dollara çatıb, yeni borcları nəzərə alaraq bu göstərici 2021-ci ildə 9,5 milyard dollaradək artacaq:

"Ermənistanın ümumi daxili məhsulu 18,8 milyard dollardır ki, bu da ölkə üçün çox təhlükəli gedişatı göstərir. Hazırda ölkədəki institusional böhranı nəzərə alaraq demək olar ki, 2021-ci il Ermənistan üçün "Böyük Depressiya"nın başlanğıcı olacaq".


Etiketlər:  2021 Ermənistan üçün Böyük Depressiyanın başlanğıcı olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ