Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirdi

DİN Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirdi

Tarix: 12 Yanvar 2021 16:21

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub: "Hazırda araşdırma aparılır. İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verib".

Xatırladaq ki, bu gün Bakıda qadın və uşaq sığınacağına hücuum olub. 3 nəfər şəxs sığınacağa hücum edərək oranın əməkdaşına ağır xəsarətlər yetirib. Məluata görə, sığınacağa hücum edənlər orada məskunlaşan bir qadının ailə üzvləridir.


Etiketlər:  DİN Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ