Tarix: 16 Iyul 2019 21:12
“Liverpul” futbolçusu Kamil Qrabara ilə müqaviləni uzadıb.Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı qapıçı 4 illik müqaviləyə qol çəkib.
Mersisaydlılar sözləşmənin ardından polşalı qapıçını Premyer Liqanın digər təmsilçisi “Vulverhempton”a icarəyə verib. O, 2019/20 mövsümünün sonunadək “Vulverhempton”da çıxış edəcək.
Qeyd edək ki, Qrabara son mövsümü Danimarkanın “Orhus” klubunda icarədə olub.