Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünən şəhid olan hərbçimiz dəfn edildi - FOTOlar

Dünən şəhid olan hərbçimiz dəfn edildi - FOTOlar

Tarix: 13 Yanvar 2021 17:20

Ötən gün Qubadlıda iki hərbçimiz minaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Nəticədə Dövlət Sərhəd Xidmətinin zabiti, kapitan Sərxan Muxtarov şəhid olub, sürücüsü əsgər Səfərov Məcid isə ağır yaralanaraq hospitala çatdırılıb.

Bu gün Gəncədə şəhid kapitanın dəfn mərasimi keçirilib. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, hüquq-mühafizə orqanlarının rəhbərləri, digər rəsmilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. N.Bayramov şəhid Sərxan Muxtarovun atasına üç rəngli dövlət bayrağını təqdim edib.

Sonda mərasimdə yaylım atəşi açılıb.

Qeyd edək ki, hərbçilərimiz hərbi maşında hərəkət edərkən minaya düşüblər.

Milli.Az


Etiketlər:  Dünən şəhid olan hərbçimiz dəfn edildi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ