Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2019 00:32
Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə 3 matç keçirilib. Gürcüstan "Çukariçki"si ilk görüşdə evdə 3 qol vurduğu Ermənistanın "Banants" klubunu səfərdə 5:0 hesabı ilə darmadağın edərək, 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.
Digər iki oyunda isə hesab açılmayıb.
Qeyd edək ki, təmsilçilərimiz "Neftçi" və "Səbail"in görüşləri və digər qarşılaşmalar iyulun 18-i olacaq.
16 iyul
Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunları
19:00. “Banants” (Ermənistan) - “Çukariçki” (Serbiya) - 5:0
İlk oyun – 0:3
21:00. “Klaksvik” (Farer adaları) - “Riteryay” (Litva) - 0:0
İlk oyun – 1:1
22:30. “Titoqrad” (Monteneqro) - MOİK (Sofiya, Bolqarıstan) - 0:0
İlk oyun – 0:4.