Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 08:32
ABŞ-ın "F-35" qırıcı-təyyarələrində döyüş hazırlığını pozan təxminən 900 nöqsan aşkar olunub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Pentaqonun test şöbəsinə istinadən məlumat yayıb.
ABŞ-ın ən bahalı döyüş texnikasında bir çox çatışmazlıqlar aşkarlanıb. Onların əksəriyyətinə hələ 2018-ci ildə bitən təkmilləşdirmə və nümayiş mərhələsində rast gəlinib, həmin vaxt bu nöqsanların sayı 941 olub. Bunu proqramın sınaq korpusunun direktoru Robert Beler bildirib.
Qırıcı-təyyarənin hazırda 871 qüsuru var - bu, keçən ilə nisbətən iki nöqsan az deməkdir. Məqalədə qeyd olunur ki, çatışmazlıqlar təyyarənin proqram təminatı və təchizatı ilə əlaqəlidir. Onlardan 10-u birinci kateqoriyanın ciddi problemi hesab olunur. Söhbət pilotların təhlükəsizliyini təhlükə altında qoya və hərbi əməliyyatların effektivliyini azalda biləcək kritik qüsurlardan gedir.
Bununla yanaşı, təyyarə "Rusiya və Çinin ən ciddi təhdidləri" qarşısında döyüş hazırlığının təsdiqlənməsi üçün lazım olan bütün simulyasiya təlimlərindən keçməlidir. Yalnız bundan sonra "F-35"-in genişmiqyaslı istehsalına başlanıla bilər.
Artıq hazırkı mərhələdə "F-35" proqramının dəyəri ABŞ-a 398 milyard dollara başa gəlib. Bu çatışmazlıqlara baxmayaraq, "Lockheed Martin" şirkəti 970 təyyarə üçün müqavilələr əldə edib, bəzi təyyarələr isə artıq müştərilərinə çatdırılıb. Bu təyyarələrin 3200-dən çoxunun ABŞ və digər ölkələr üçün istehsal edilməsi planlaşdırılır.