Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 13:45
Bakının dediyi olacaq, İrəvanın yox.
Bunu Sonxeber.net-a açıqlamasında Türkiyənin məşhur "Rüzgar birliyi"nin komandiri Yusif Ziya Arpacıq deyib.
Hərbi ekspert bildirib ki, Azərbaycan Ordusu hər cür təhdid və təhlükəyə qarşı tam hazırdır:
"44 gün davam edən müharibə deyil, öz ərazisindəki erməni terrorist ünsürləri təmizləmək üçün Can Azərbaycanın apardığı əməliyyat idi. Azərbaycan Ordusu indi bir gündə İrəvanda otura bilər, o qüdrətə sahibdir. Bu ordu hər cür təhdid və təhlükəyə qarşı tam hazırdır.
Bundan əlavə, Azərbaycan diplomatiyası da beynəlxalq aləmdə yüksək səviyyədə öz sözünü deyir. Bütün bunların xaricində Azərbaycan Türk Dünyası, İslam Dünyası və digər vicdanlı ölkələr qarşısında ədalətli davasında əhəmiyyətli bir nüfuza sahibdir.
Ürəyimiz və qulağımız Bakıda...".
Qeyd edək ki, Yusif Ziya Arpacıq 1992-ci il Qarabağ müharibəsi zamanı da yardım etmək üçün Azərbaycana gəlmişdi.
Təhməz Əsədov