Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 14:10
Qətərin paytaxtı Dohada ötən gün keçirilən "World Masters" turnirində çəkisi 78 kq-dan yuxarı olan qadın cüdoçuların mükafatlandırma mərasimində maraqlı an yaşanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, fəxri kürsüyə çıxanlara medalları Fransanın PSJ klubunun prezidenti, qətərli iş adamı Nasser Əl-Xəlafi təqdim edib.
Medalçılar arasında Azərbaycan cüdoçusu İrina Kindzerska da yer alıb. Finalda uduzan idmançı gümüş medal qazanıb.
Qeyd edək ki, 100 kq-da mübarizə aparan Zelim Kotsoyev də gümüş medal əldə edib.