Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 07:08
Bakı. Trend:
KXDR-in paytaxtı Pxenyanda Koreya İşçi Partiyasının səkkizinci qurultayı şərəfinə təntənəli hərbi parad keçirilib.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi bildirib.
Məlumata əsasən, paradda, xüsusilə strateji sualtı ballistik raketlər təqdim edilib:
Bildirilib ki, parad KXDR lideri Kim Çen Inın iştirakı ilə Pxenyanın mərkəzində Kim İr Sen meydanında keçirilib. Tədbirdə həmçinin taktiki raketlərin və özüyeriyən artilleriya qurğularının ən son nümunələri nümayiş olundu.