Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Astarada avtoxuliqan tutuldu - VİDEO

Astarada avtoxuliqan tutuldu -  VİDEO

Tarix: 15 Yanvar 2021 11:34

Astarada avtoxuliqan saxlanıb. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs həbs edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Astara sakini Sərxan Cəfərov idarə etdiyi avtomobillə axşam saatlarında şəhər ərazisində avtoxuliqanlıq edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanıb

Rayon Məhkəməsinin qərarı ilə Sərxan Cəfərov 15 gün müddətində inzibati qaydada həbs olunub.

Milli.Az


Etiketlər:  Astarada avtoxuliqan tutuldu VİDEO


RƏYLƏR