Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2021 11:04
"Napoli"nin yarımmüdafiəçisi Fabian Ruis koronavirusa yoluxub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
24 yaşlı ispan futbolçudan götürülmüş COVİD-19 test nümunələri cavablarının müsbət çıxdığı bildirilib. Bu üzdən də o, karantinə alınıb.
İspaniyalı oyunçu "Fiorentina", "Yuventus" və "Veroona" ilə oyunlarını buraxacaq.
Xatırladaq ki, "Napoli"də hücumçu Viktor Osimhenin də bir müddət əvvəl koronavirusa yoluxdiği müəyyənləşmişdi.