Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Avroviziya"nın növbəti yeri Rotterdam və ya Maastrixt ola bilər

Tarix: 17 Iyul 2019 15:20

Bakı. Trend:

"Avroviziya-2020" mahnı müsabiqəsi Rotterdam və ya Maastrixtdə keçirilə bilər.

Trend-in məlumatına görə, müsabiqənin təşkilatçıları bu şəhərlərin digər namizədlərlə müqayisədə daha çox şanslı olduğunu qeyd ediblər.

Belə ki, hər iki şəhərdə televiziya yayımı, ümumilikdə tədbirin keçirilməsi baxımından gözəl meydançalar, məkanlar var. Həmçinin bu şəhərlərdə qonaqların yerləşdirilməsi üçün də daha çox yer və uyğun komfort olduğu vurğulanır.

Rotterdam müsabiqəni keçirmək hüququ əldə etdiyi təqdirdə tədbir "Ahoy" konsert zalında baş tutacaq. Maastrixt qalib gələrsə, mərasim MECC konqres mərkəzində keçiriləcək.


Etiketlər:  Avroviziyanın növbəti yeri Rotterdam ya Maastrixt ola bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ