Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 06:20
Bakı. Trend:
Niderlandın paytaxtı Amsterdamda hökumətin pandemiya ilə mübarizə çərçivəsində atdığı addımlara etiraz olaraq aksiya keçirilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, şəhər bələdiyyəsi aksiyanın keçirilməsin icazə verməsədə, təxminən 2 min nəfər şəhərin muzey meydanında toplaşıb.
Məlumata əsasən, aksiya iştirakçıları pandemiya şəraitində tətbiq edilən məhdudiyyətlərə əməl etməyiblər və nəticədə 115 nəfər polislər tərəfindən saxlanılıb.
Bildirilir ki, onlardan 7 nəfəri polis əməkdaşlarına qarşı şiddətə görə, digərləri isə təlimatlara tabe olmadıqlarına görə saxlanılıblar.