Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 12:12
COVİD-19 koronavirusunun yeni mutasiyası aşkarlanrıb.
Sonxeber.net Muenchner Merkur-a istinadən bildir ki, Almaniyanın Bavariya əyalətindəki Qarmiş-Partenkirxen şəhərindəki klinikalardan birində koronavirusun yeni mutasiya forması tapılıb.
Klinikada 73 nəfərdə COVİD-19 koronavirusu tapılıb. Onlardan üç nəfərində indiyədək naməlum olan, yeni koronavirus ştamı aşkarlanıb.
Testlərin nəticələri Berlindəki "Charité" klinikasına göndərilib.
Mütəxəssislər ilkin təhqiqatdan sonra təsdiqləyiblər ki, bu, koronavirusun yeni variasiyasıdır.