Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər azalıb

İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər azalıb

Tarix: 18 Yanvar 2021 15:52

Bakı. İlhamə İsabalayeva - Trend:

İlkin məlumatlara əsasən 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, neft-qaz sektorunda isə 7,0 faiz azalmışdır.

ÜDM istehsalının 33,7 faizi sənaye, 11,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,7 faizi tikinti, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 7262,8 manata bərabər olmuşdur.


Etiketlər:  İqtisadiyyatın qeyri neft qaz sektorunda əlavə dəyər azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ