Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Tarix: 18 Yanvar 2021 17:40

Bakı. Elnur Bağışov – Trend:

İranın paytaxtı Tehran şəhərində Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi üzrə memorandum imzalanıb.

Trend-in məlumatına görə, əməkdaşlıq memorandumunu Azərbaycanın Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov və İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmiryol Şirkətinin icra direktoru Səid Rəsuli imzalayıb.

Memoranduma əsasən, iki ölkənin məhsul tranziti ildə 2 milyon ton artacaq.

Hər iki tərəf memorandum çərçivəsində dəmiryol əməkdaşlıqlarının inkişaf etdirilməsi üzrə razılığa gəliblər.

Qeyd edək ki, ötən ildə koronavirus pandemiyasının yayılmasına baxmayaraq, iki ölkə arasında dəmiryol vasitəsi ilə məhsul tranziti 480 min tondan çox olub.


Etiketlər:  Azərbaycan İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ