Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 21:42
Bakı. İlhamə İsabalayeva – Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əhalini bu qurumun adından sosial şəbəkələrdə yayılan yalan məlumatlara inanmamağa çağırıb.
Trend-in məlumatına görə, R.Bayramlı “Xəzər” kanalına müsahibəsində bildirib ki, insanlarda əks-təbliğat hissləri oyadan, çaşqınlıq yaradan məlumatlar yayılır:
“Təəssüflər olsun ki, insanlara yalan məlumatların verilməsi halları olur. Vətəndaşlarımızdan xahişimiz odur ki, Səhiyyə Nazirliyinin, İcbari Sığorta üzrə Dövlət Agentliyinin rəsmi şəxslərinin açıqlamalarına etibar etsinlər”.