Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mingəçevirdə minik maşını dirəyə çırpılıb, bir nəfər xəsarət alıb

Mingəçevirdə minik maşını dirəyə çırpılıb, bir nəfər xəsarət alıb

Tarix: 19 Yanvar 2021 08:10

Mingəçevir şəhərinin Heydər Əliyev prospektində - Yüksək Texnologiyalar Parkı ilə Avtovağzal yolunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, idarəetmədən çıxan "VAZ"  markalı avtomobil işıq dirəyinə çırpılıb.

Avtomobil sonra yaşıllıq zolağa girərək iki ağacı yararsız vəziyyətə salıb. Qəza nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Fuad Niyam oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Mingəçevirdə minik maşını dirəyə çırpılıb bir nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ