Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 16:42
Bakı. İlhamə İsabalayeva - Trend:
Tullantıların idarəolunması üçün 8 regional poliqonun yaradılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı" proqramında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, bunun üçün ərazilərin müəyyən olunması ilə bağlı işlər yekunlaşmaq üzrədir.
Nazirlik rəsmisi əlavə edib ki, Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib. Rregionlarda bu problem hələ qalmaqda davam edir.
O, bu problemin həlli üçün strategiyanın təsdiqləndiyini də nəzərə çatdırıb:
“ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər”.