Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Tarix: 20 Yanvar 2021 19:20

Bakı. Trend:

İspaniyanın paytaxtı Madrid şəhərində mərkəzində yerləşən binalardan birində güclü partlayış baş verib.

Trend-in "El Pais" qəzetinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla təxminən saat 15:00-da qeydə alınıb. Partlayışın təsirindən binanın yuxarı mərtəbələri dağılıb.

İlkin məlumata əsasən, partlayış qocalar evinin yerləşdiyi binada olub. Partlayış nəticəsində azı 6 nəfər xəsarət alıb, 4 nəfər isə ölüb.

Qeyd edilir ki, partlayışa səbəb qaz sızması ola bilər.

XXX

18:25

İspaniyanın paytaxtı Madrid şəhərində mərkəzində yerləşən binalardan birində güclü partlayış baş verib.

Bu barədə Trend "Diario" qəzetinə istinadən xəbər verir.

Partlayışın səbəbi və partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.


Etiketlər:  Madridin mərkəzində güclü partlayış olub ölənlər yaralananlar ƏLAVƏ OLUNUB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ