Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıya ilk qar yağdı (FOTO)

Bakıya ilk qar yağdı (FOTO)

Tarix: 21 Yanvar 2021 09:30

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün Bakıya builki qış fəslinin ilk qarı yağıb.

Trend-in məlumatına görə, ötən gecədən başlayan sulu qar sonradan qara çevrilib. Havanın temperaturu çox aşağı olmasa da, paytaxt sakinləri uzun zamandan sonra qışı hiss edə biliblər.

Qar daha çox Yasamal, Nizami və Xətai rayonlarına düşüb. Qarlı hava səbəbindən sözügedən ərazilərdə avtomobillər arasında sıxlıq müşahidə olunur.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətindən Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi bildirilmişdi.

Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur.

Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image Bakıya ilk qar yağdı (FOTO) - Gallery Image


Etiketlər:  Bakıya yağdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ