Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qalatasaray” “Torino”nun hücumçusunu aldı

“Qalatasaray” “Torino”nun hücumçusunu aldı

Tarix: 22 Yanvar 2021 15:56

Transfer çalışmalarını sürətləndirən "Qalatasaray" hücum xəttini daha bir futbolçu ilə gücləndirib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Halil Dərvişoğludan sonra "cim-bom" "Torino"nun forvardı Simone Zaza ilə anlaşıb.

Klublar arasında danışıqların artıq müsbət yekunlaşdığı və Zazanın mövsümün ikinci yarısını icarə əsasında İstanbul klubunda keçirəcəyi bildirilib. "Bolonya"nın təklifini qəbul etməyən 30 yaşlı forvard özü də "cim-bom"la şəxsi müqaviləni razılaşdırıb.

Qeyd edək ki, Radamel Falkao ilə yollarını ayırmağı planlaşdıran "Qalatasaray" "Başakşəhər"dən İrfan Canı, "Monako"dan isə Henri Onyekurunu heyətinə qatmağa yaxındır.


Etiketlər:  Qalatasaray Torinonun hücumçusunu aldı


RƏYLƏR