Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır

Tarix: 23 Yanvar 2021 12:44

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 56,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 55,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 55,22 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,54 dollar/barel azdır.


Etiketlər:  Azərbaycan nefti ucuzlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ