Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 13:48
2020-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 49,93 milyard dollar təşkil edib.
Sonxeber.net bu barədə Dövlət Neft Fondu (SOFAZ) və Mərkəzi Bankın maliyyə hesabatlarına istinadən məlumat verir.
2019-cu illə müqayisədə strateji valyuta ehtiyatları 352,4 milyon dollar və ya 0,7 faiz artıb.
Qeyd olunur ki, strateji valyuta ehtiyatlarının strukturunda 43,56 milyard dollar və ya 87,2 faiz SOFAZ-ın, 6,37 milyard dollar və ya 12,75 faiz Mərkəzi Bankın payına düşür.
2020-ci il ərzində SOFAZ-ın valyuta ehtiyatları 241 milyon (0,6 faiz), Mərkəzi Bankın valyuta ehtiyatları 111,4 milyon dollar (1,8 faiz) artıb.