Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 18:58
Fransanın "Monako" klubunun futbolçusu Henri Onyekuru İstanbula gəlib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, 24 yaşlı vinger sabiq komandası "Qalatasaray"a qayıdıb.
Türkiyə təmsilçisi rəsmi saytı vasitəsilə Nigeriya millisinin üzvü ilə danışığa başlanıldığını açıqlayıb. "Cim-bom" knyazlıq klubu ilə Onyekurunun mövsümün sonuna qədər icarəyə götürülməsini razılaşdırıb. "Sarı-qırmızılılar" onu mövsümün sonunda 6 milyon avro qarşılığında birdəfəlik transfer etməlidir. Onyekuru tibbi müayinədən sonra rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, ilk olaraq İngiltərənin "Brentford" klubunun hücumçusu Halil Dərvişoğlunu transfer edən "Qalatasaray"ın "Başakşəhər"in yarımmüdafiəçisi İrfan Canla da 4,5 illik sözləşmə bağlaması gözlənilir.