Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2021 14:34
Yüngül çəkidə UFC çempionu Həbib Nurmaqomedov məlum hadisədən yazıb.
Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki. MMA döyüş növündə keçirdiyi bütün döyüşləri qalib başa vuran rusiyalı idmançı Dastin Poryenin Konor Makqreqor üzərindəki qələbəsindən bəhs edib. Həbib "tvitter" hesabında bunları qeyd edib: "Komandanızı dəyişəndə görün nələr baş verir. Sizi çempion edən sparrinq-rəqibi qoyub, reallıqdan uzaq olan balaca uşaqlarla döyüşürsüz".
Qeyd edək ki, Həbib hər iki döyüşçünü məğlub edib - Konoru 2018-də, Dastini 2019-da.