Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Roma'' 30 milyona satdığı futbolçunu qaytardı

''Roma'' 30 milyona satdığı futbolçunu qaytardı

Tarix: 24 Yanvar 2021 18:30

"Roma" sabiq ulduzunu qaytarır.

Milli.Az Offsideplus.az-a istinadla xəbər verir ki, Stefan Əl-Şaaravinin İtaliyaya dönüşündə problem yoxdur. 28 yaşlı futbolçu Romaya gələrək tibbi müyinədən keçib. İtaliya millisinin üzvü köhnə-yeni komandasıyla 2,5 illik müqavilə bağlayacaq. 

Qeyd edək ki, Əl-Şaaravi 2019-un yayında 30 milyon avro qarşılığında "Roma"dan "Şanxay Şenxua"ya transfer olunmuşdu. Bu komandanın heyətində sonuncu dəfə avqustda meydana çıxan hücumçu son 5 ayı futbolsuz qalıb. 

Milli.Az


Etiketlər:  Roma milyona satdığı futbolçunu qaytardı


RƏYLƏR