Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 09:28
Bakı. Trend:
ABŞ-da koronavirusun Braziliyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Minnesota ştatının Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusun yeni ştammı Braziliyadan gələn Minnesota sakinində aşkarlanıb: "Bu yoluxma ABŞ-da rəsmi aşkarlanan ilk P.1-in Braziliya variantıdır".
Bildirilir ki, sözügedən vətəndaşda simptomlar ayın ilk həftəsində müşahidə edilib, onun testinin cavabı isə yanvarın 9-u bəlli olub.
Qeyd edək ki, Braziliyada koronavirusun yeni mutasiyasının aşkarlanması barədə ötən ilin dekabr ayında məlumat verilib. Yeni mutasiyanın Rio-de-Janeyro ştatında formalaşdığı ehtimal edilir. Daha sonra koronavirusun "Braziliya" ştammı Böyük Britaniyada, Almaniyada, İtaliyada, Cənubi Koreyada və Yaponiyada da aşkarlanıb.
Britaniyalı ekspertlərin sözlərinə görə, "Braziliya" ştammının iki növü mövcuddur (P.1 və P.2).