Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Livanda etirazçılarla polis arasında toqquşmalar - 226 nəfər xəsarət aldı

Livanda etirazçılarla polis arasında toqquşmalar - 226 nəfər xəsarət aldı

Tarix: 28 Yanvar 2021 11:30

Livanda, Tripolinin şimalında nümayişçilərlə polis birləşmələri arasında alovlanan küçə toqquşmaları nəticəsində indiyədək 226 nəfər xəsarət alıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Al-Wataniya" agentliyinə Livan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, onların çoxuna yerində tibbi yardım göstərilib, 35-i hospitala yerləşdirilib.

Livan ordusu Tripolinin mərkəzində yerləşən əsas meydanı nəzarətə götürüb. Zirehli texnika küçələrdə keşik çəkir.

Tripolidə yaşananların səbəbi ölkədə koronavirusa yoluxma hallarının artması fonunda hökumətin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdir.

Yanvarın 21-də Ali Müdafiə Şurası Livandakı fövqəladə sanitariya vəziyyətini fevralın 8-dək uzadıb.


Etiketlər:  Livanda etirazçılarla polis arasında toqquşmalar nəfər xəsarət aldı


RƏYLƏR