Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 22:48
Cənubi Koreyanın Samsung Electronics şirkəti ABŞ-da məntiqi mikrosxemlərin istehsalı üzrə müasir zavodun inşasına 10 milyard dollardan çox vəsaitin ayrılması imkanını nəzərdən keçirir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət böyük məbləğdə sərmayənin köməyi ilə daha çox ABŞ müştərisi cəlb etmək və sahə üzrə lider - TSMC istehsalçısına çatmaq niyyətindədir.
Dünyanın ən böyük yaddaş mikrosxemləri və smartfon istehsalçısı Texas ştatının Ostin şəhərində mümkün zavodun tikintisi ilə bağlı məsələni öyrənir.
Müəssisədə 3 nanometrlik normaların mənimsənilməsi planlaşdırılır.
Bildirilir ki, bu, gələcəkdə dəyişikliklərə məruz qalacaq ilkin plandır. Hazırda tikinti işlərinə bu il başlamaq, növbəti ildə əsas avadanlığı quraşdırmaq, 2023-cü ildə isə məhsul buraxılışına start vermək nəzərdə tutulur.