Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 09:56
ABŞ-ın Corciya ştatında yerləşən quşçuluq təsərrüfatlarından birində maye azotun sızması nəticəsində azı 6 nəfər dünyasını dəyişib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, 5 nəfər yerindəcə ölüb, daha 1 nəfər isə xəstəxanada vəfat edib.
Hadisə yerinə gələn yanğınsöndürənlərdən 4-ü sızmanın nəticələrinin aradan qaldırılması zamanı yaralanıb.
Təxminən, 130 fabrik işçisi təxliyə edilib. Onlar dərhal həkim müayinəsinə cəlb ediliblər.