Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2019 13:08
İstanbul “Fənərbaxça”sı 2017-ci ildə Makedoniyanın (indiki Şimali Makedoniya) “Rabotniçki” klubundan 180 min avroya aldığı Elif Elması düz yüz qat artıq qiymətə satmağa hazırlaşır.
Qol.az xəbər verir ki, Elmasın “Napoli” klubuna keçəcəyi haqda xəbərlər həm Türkiyə, həm də İtaliya mətbuatına yayımlanıb. Məlumatda bildirilib ki, İstanbul təmsilçisi 19 yaşlı yarımmüdafiəçiyə 18 milyon avro qiymət qoyub və italiyalılar bunu qəbul edib. Transferin yaxın günlərdə gerçəkləşəcəyi gözlənilir.
“Fənərbaxça” bu transferdən əldə edəcəyi gəlirlə heyətinə uç ulduz oyunçu – “Roma”dan Aleksandr Kolarov, “Şalke 04”dən Yevgeni Konoplyanka və “Marsel”dən Luiz Qustavonu transfer etmək fikrindədir.
Qeyd edək ki, Şimali Makedoniya millisinin üzvü olan Elif Elmas Hollandiyanın “Herenven” klubunun akemiyasının yetirməsi kimi 2015-ci ildə “Rabotniçki”yə keçib. “Fənərbaxça” bu futbolçunu 2017-ci ildə, 17 yaşı olarkən transfer edib.
Elif Elmas bugünə qədər Türkiyə superliqasında 34 oyuna çıxıb, 4 qol vurub.