Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Konqresi ən qısa müddətdə 1,9 trilyon dollarlıq iqtisadi tədbirlər paketini qəbul etməyə çağırıb

Bayden Konqresi ən qısa müddətdə 1,9 trilyon dollarlıq iqtisadi tədbirlər paketini qəbul etməyə çağırıb

Tarix: 30 Yanvar 2021 08:20

Bakı. Trend:

ABŞ Konqresi ölkəni koronavirus böhranından qurtarmaq üçün ən qısa müddətdə 1,9 trilyon dollar məbləğində iqdisadiyyatı stimullaşdıran tədbirlər paketini qəbul etməlidir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Cozef Bayden öz "Twitter" səhifəsində yazıb.

C.Bayden bildirib: "Maliyyə naziri Canet Yellenin bu gün dediyi kimi, iqtisadi xilasetmə məsələsində hərəkətsizliyin fəsadları xüsusilə yüksəkdir. Konqres tez bir şəkildə hərəkət etməli, yardım çatdırmaq və böhrandan çıxmağımıza kömək etmək üçün Amerika yardım planını qəbul etməlidir".

Tədbirlər paketi çərçivəsində pandemiya ilə mübarizəyə birbaşa 400 milyard dollar ayırmaq təklif olunur. Təxminən 1 trilyon dollar əhaliyə yardım göstərilməsinə, qalan hissəsi iqtisadiyyatı stimullaşdırmağa yönəldilməlidir.


Etiketlər:  Bayden Konqresi ən qısa müddətdə 19 trilyon dollarlıq iqtisadi tədbirlər paketini qəbul etməyə çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ