Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konsaltinq şirkəti dünyanın ən bahalı IT şirkətinin adını açıqlayıb

Konsaltinq şirkəti dünyanın ən bahalı IT şirkətinin adını açıqlayıb

Tarix: 30 Yanvar 2021 08:12

Biznesin dəyərləndirilməsi üzrə fəaliyyət göstərən Brand Finance adlı konsaltinq şirkəti bir çox böyük şirkətlərin öz gəlirləri barəsində məlumatları paylaşandan sonra 2020-ci ilin və bu ayın yekun nəticələrini təqdim edib. Şirkətin təqdim etmiş olduğu hesabat əsasında hal hazırda dünyada mövcud olan ən bahalı IT şirkətin adı açıqlanıb. Bu şirkət ümumdünya reytinqində Amazon şirkətini ikinci pilləyə endirib.

Təbii ki, Brand Finance reytinqinin birinci pilləsində Apple şirkəti qərarlaşıb. 2021-ci ilin yanvar ayının sonuna olan statistikaya əsasən şirkətin bazar dəyəri 263.4 milyard dollar təşkil edir. Bu isə keçən ilki göstəricidən 87% çoxdur. Mütəxəssislərin sözlərinə əsasən Apple bu cür nəticəni diversifikasiya siyasəti sayəsində əldə edib. Belə ki, şirkət iPhone satışları ilə yanaşı xidmət sahəsinə də böyük diqqət ayırır.

"App Store, iCloud, Apple Podcasts, Apple Music, Apple TV və Apple Arcade servisləri də daxil olmaqla bu brend özünün rəqəmsal xidmətləri hesabına genişlənib. Təkcə 2021-ci ilin ilk günündə App Store istifadəçiləri rəqəmsal məhsullar ilə xidmətlərə ümumilikdə 540 milyon dollar vəsait xərcləyiblər" - deyə Brand Finance şirkəti qeyd edib. 254.2 milyard dollar bazar dəyəri ilə Amazon şirkəti ikinci yerə düşüb. Üçüncü yerdə isə 191.2 milyard dollar bazar dəyəri ilə Google şirkəti qərarlaşıb.


Etiketlər:  Konsaltinq şirkəti dünyanın bahalı şirkətinin adını açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ