Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 17:38
Aktrisa Yasemin Özilhan ana olduqdan sonra həyatının necə dəyişməsindən danışıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi xasiyyətinin tez-tez dəyişməsindən gileylənib.
"Əvvəl əsəbiləşdiyim məsələlərə indi sakit reaksiya verirəm. Ana olandan sonra çox dəyişdim. Adi biri olmaq lüks həyatdır. Buna ana olduqdan sonra sahib oldum. Ana olandan sonra daha təbii, özüm kimi oldum. Uşağın doğulandan sonra bu gözəlliklər mənə sahib oldu", - Yasemin söyləyib.
Özilhan həyat yoldaşının ondan istəklərini deyib:
"Çəkiliş məkanında hər zaman rahat geyinirdim. İndi sosial media sayəsində modanı yaxından izləyirəm. Əvvəl ancaq idman tərzində geyinirdim. İzzet Özilhan isə tanış olduğumuz ərəfədə stilimi idarə etməyə başladı. İzzetin bacıları ancaq hündürdaban və şık geyinirdilər. Ərim də mənə ancaq hündürdaban ayaqqabılar alırdı".