Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnstaqram boşluğunu aşkarlayanlara mükafat verilir

İnstaqram boşluğunu aşkarlayanlara mükafat verilir

Tarix: 30 Yanvar 2021 20:52

Sosial media şirkətləri onlarda boşluq aşkarlayanları davamlı olaraq  mükafatlandırırlar. İnstaqram isə boşluğu aşkarlayaraq şirkətlə paylaşan türkiyəli tələbələrə cəmi 5 dollar mükafat verməsi ilə gündəmə gəlib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, gənclərin tapdığı boşluq İnstaqram reklamları ilə bağlıdır. İstifadəçi sponsorluq elanlarını heç bir kart məlumatı və təsdiq olmadan istədiyi qədər tətbiq edə bilir. Bundan sonra İnstaqrama məlumat üçün elektron poçt göndərən tələbələrə 5 dollar dəyərində mükafatlandırılmaları ilə bağlı cavab gəlib.

Qeyd edək ki, bundan öncə də İnstaqramda 2 fərqli boşluq tapan tələbələr birincisinə görə 750, ikincisi üçün isə 50 dollar mükafat alıblar.


Etiketlər:  İnstaqram boşluğunu aşkarlayanlara mükafat verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ