Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2021 09:20
İtaliyanın "Aifa" Tibb Agentliyi Britaniya-İsveç şirkəti olan "AstraZeneca"nın koronavirusa qarşı peyvəndinin istifadəsini məqbul hesab edib.
APA "RaiNews24" telekanalına istinadən xəbər verir ki, buna baxmayaraq, "Aifa" sözügedən peyvəndin vurulmasına hələlik rəsmi icazə verməyib.
Agentlikdən "AstraZeneca" peyvəndinin 18-55 yaş arasında olan insanlar üçün istifadəsi tövsiyə edilib.
Yerli "Corriere della Sera" nəşrinin yazdığına görə, hazırda ölkədə "Pfizer / BioNThec" və "Moderna" istehsalı olan peyvəndlərin ekvivalenti yoxdur.